28 dekabr 2023 at 11:36
Jurnalist kodu: 5487
Xəbər kodu: 85336282
T T
0 Persons

Tags

Yəmən Ənsarullahı: Amerikanın Qırmızı dənizdəki koalisiyası qanuni deyil

Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının sözçüsü beynəlxalq su yollarının təhlükəsizliyinə işarə edib, Amerikanın dəniz koalisiyasında iştirak edilməsi tələb olunmuş ölkələrin çaşqınlığını bildirərək deyib: “Bu çaşqınlıq legitimliyin olmamasından qaynaqlanır.”

İRNA-nın cümə axşamı "Ən-Nəşrə"yə istinadən verdiyi məlumata görə, Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüs-səlam açıqlamasında bildirib: “Beynəlxalq su yolları təhlükəsiz və sabitdir və hər gün yüzlərlə gəmi Qırmızı dənizdən keçir.”

“ABŞ-ın dəniz ittifaqına qoşulmasını tələb etdiyi bəzi ölkələrin çaşqınlığı bu hərəkətin qanuni olmadığına inanması ilə bağlıdır” -deyə, o, vurğulayıb.

Yəmən Hərbi Dəniz Qüvvələrinin gündəlik olaraq bütün gəmilərlə əlaqə saxladığını qeyd edən Ənsarullah sözçüsü bildirib ki, Amerika İsraili qorumaq üçün bəzi ölkələri bu koalisiyaya qoşulmağa təhrik etməyə çalışır.

Məhəmməd Əbdüs-səlam deyib: “Biz ölkələrlə əlaqə saxlayırıq və onlar dəniz koalisiyasına qoşulmadıqlarını təsdiqləyirlər. Bəzi ölkələr də bizə bildirdilər ki, onların Amerika koalisiyasında mövcudluğu zabit göndərmək səviyyəsindədir.”

Sizin rəyiniz

You are replying to: .